Bakıda ər 24 yaşlı arvadını bıçaqladı

09:02 - 25 Aprel 2021 - HADİSƏ

Bakının Sabunçu rayonunda qadın mübahisə zəminində bıçaqlanıb. APA xəbər verir ki, 1997-ci il təvəllüdlü Hacıyeva Aygün Səddrəddin qızı əri ilə mübahisə edən zaman qarın və bədən nahiyələrindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti