Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdu
08:58 - 25 Aprel 2021 - HADİSƏ
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Yeni Günəşli qəsəbəsində yolu keçən 2009-ci il təvəllüdlü Rəhimli Fatimə Fazil qızını avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.