Qubada 38 yaşlı kişi çöldə ölü tapılıb

15:05 - 24 Aprel 2021 - HADİSƏ

Quba rayonunda ruhi xəstə olduğu bildirilən kişi çöldə ölü tapılıb.

Hadisə Püstəqasım kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Zakir Cabir oğlu Hacəliyev ötən gün çöllük əraziyə mal-qaranı evə gətirmək üçün evdən çıxıb, gecəni geri qayıtmayıb.

Narahat olan ailə üzvləri onu axtararkən çöldə ölmüş vəziyyətdə tapıblar.

Qeyd edək ki, Z.Hacəliyev ailəlidir, ruhi xəstəlikdən əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti