Elza Seyidcahana qadağa qoyulub

14:40 - 24 Aprel 2021 - MAQAZİN

Əməkdar artist Elza Seyidcahan anasının ona qoyduğu qadağadan söz açıb.

Lent.az-a açıqlama verən bəstəkar-müğənni bildirib ki, anası ona bir çox şeyləri qadağa edib:
“Anam mənə tapşırıb ki, heç bir zaman efirdə səsinin tonunu qaldırma. Dedi ki, birdə görsəm ki, kimləsə qalmaqal etmisən, məndən incimə. Onun sözləri mənim üçün qanundur. Hər zaman mənə dəstək olub. O bizə həm ata, həm də ana olub. Qadağasına əməl edirəm. Mənə elə gəlir ki, bu virusdan sonra yeni era yaşayırıq. Bəzən deyirlər ki, müğənnilər acından ölür. Ölən bilirsiz kimlərdir? Çünki onlar toya möhtacdır. Amma sənətkarlar heç zaman ac qalmırlar. Sənətkarla bu gündə işləyirlər”.

Xəbər xətti