Gəncədə silah-sursat aşkarlandı

11:30 - 24 Aprel 2021 - HADİSƏ

Gəncə şəhərində küçədə silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıblar.

Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib. Araşdırmalar zamanı oradan 1 ədəd alışqanı ilə birlikdə “RQH-D”, 1 ədəd “F-1”, qumbaraları və 102 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti