Bakıda iki avtomobil toqquşub - iki nəfər ölüb

08:44 - 23 Aprel 2021 - HADİSƏ

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti