Sərhəddə 122 kiloqram heroin saxlanılıb - DGK sədri

12:50 - 22 Aprel 2021 - HADİSƏ

Sərhəddən 122 kiloqram heroin keçirilməsi cəhdinin qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə yazıb.

S.Mehdiyev deyib: "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanlarının səmərəli fəaliyyətinin daha bir uğurlu nəticəsi. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alındı".

Xəbər xətti