Yardımlıda ogurluq edən qadın saxlanıldı

11:43 - 22 Aprel 2021 - HADİSƏ

Yardımlı rayonunda evdə oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 7 200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Qabaqdibi kənd sakini E.Səfərova saxlanılıb.

Xəbər xətti