Cəlilabad sakininin meyiti Sabirabadda kanalda aşkarlanıb

10:57 - 22 Aprel 2021 - HADİSƏ

Aprelin 18-də itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirildiyi məlum olub.

Onun meyiti Sabirabad rayonunda kanalda, avtomobili isə Salyan rayonu ərazisində tapılıb.

Məlumata görə, qətlə yetirilən şəxs Cəlilabad rayonu Fərzili kənd sakinidir və sələmə pul verməklə məşğul imiş.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti