Bakıda 36 yaşlı piyadanı avtomobil vurub

08:56 - 22 Aprel 2021 - HADİSƏ

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Babək prospektində 36 yaşlı Abbasov Əflatun Mirzəbala oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Xəbər xətti