Azərbaycanda aktyor və qardaşı koronavirusdan öldü

14:47 - 21 Aprel 2021 - HADİSƏ

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azxeber.com-a teatrdan məlumat verilib.
Aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.

Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.

Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!


Xəbər xətti