Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib

09:01 - 21 Aprel 2021 - HADİSƏ

Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər xətti