Tovuzda birmərtəbəli ev yanıb

23:39 - 20 Aprel 2021 - HADİSƏ

Tovuz rayonunun Dönük Qırıqlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti