Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb

21:43 - 19 Aprel 2021 - HADİSƏ

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti