Bakıda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb - Foto

12:56 - 19 Aprel 2021 - HADİSƏ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qafarov Fazil Murad oğluna məxsus “Cənnət Gəncə” kafesində yoxlama keçirilib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi, temperatur rejimi və mal qonşuluğu prinsipinin gözlənilmədiyi məlum olub. Eyni zamanda, müəssisədə üzərində etiket məlumatları qeyd olunmayan süd məhsulları və tərəvəz konservləri, hazırlanma tarixi qeyd edilməyən soyuq qəlyanaltılar, təkrar istifadəsinə icazə verilməyən müxtəlif qida məhsulları, baytarlıq-sanitariya ekspertizasından keçməyən heyvan və quş ətləri aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

 


Xəbər xətti