“Atam oğlan övladının olmağını istəyirdi. Qohumumuz Rusiyaya getmişdi, Azərbaycana qayıdanda bizə dedi ki, atamın orada oğlu var. İstəyərdim ki, bura gəlsin. Axtarmışıq, “İnterpol”a da vermişik! Atam Əhmədov Nuru Həbib oğludur. Anamdan 10 yaş böyükdür. Onun oğlunun 33-36 yaşı olar”.
Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Dəyişən cavab” proqramında qonaq olarkən deyib.
Müğənni atasının Rusiyaya getdiyini, orada başqa bir xanımdan oğlan övladı dünyaya gəldiyini qeyd edib.
Bundan əlavə, E. Seyidcahan hazırda banka 29 min manat borcunun olduğunu açıqlayıb: “Novxanıda bağımız var idi. Anam düşünürdü ki, bağı satıb qızlarına ev alsın. Amma dələduzların qurbanı oldu. Anamın evi söküldü. Yeni ev almaq üçün bankdan pul götürdüm. Faizini ödəyirəm, hələ də 29 min qalıb”.///qafqazinfo