Bakıda ikimərtəbəli evdə yanğın olub

19:15 - 18 Aprel 2021 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 315 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti