Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalarla diqqət çəkib.
Ucnoqta.az xəbər verir ki, “ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olan sənətçi həyat yoldaşı ilə ayrılmasından danışıb. Müğənni ərindən ona xəyanət etdiyi üçün boşandığını bildirib:
“Mənim gözəl tərəf müqabilim və ailə başçımın həyatında 4 ildir qadın var imiş. Gözəl qadındır. Dəhşətli dərəcədə gözəldir. Zövqünü bəyəndim. Həmin xanımın da bacısı mənim rəfiqəm imiş. Düzdü mənim qədər gözəl ola bilməz, amma gözəl idi. Əgər bir qadın 3 ildir ağrıkəsici ilə yaşayırsa, bu qadın xəstədirsə həmin qadına deyir ki, nə oldu? Sən mənə çatanda xəstəsən, zarıldayırsan, heç efirə çıxanda xəstə olmursan? Ayrıldıq... Bu qərarı da mən verdim. Çox istədim ki, övladımız olsun, amma alınmadı. Daha sonra övladlığa uşaq götürdüm. Lakin o da bizi birləşdirmədi. İndi barışmaq istəyir. Əgər o münasibətdən övladı doğulmasaydı, mən bağışlayardım”.
Roza həyat yoldaşından boşanan zaman övladlığa götürdüyü oğullarının sərt reaksiyası ilə qarşılaşdığını deyib: “Öz qızım heç nə demədi. Lakin oğullarım dedi ki, boşansan biz səni atıb gedəcəyik. Elə də oldu . İkisi də məndən küsdülər. Dedilər, biz istəmirik sən başqa adama aşiq olasan. Biz gözümüzü açandan onu görmüşük. Razı deyilik ayrılmağına...
Həyat 40 yaşdan sonra başlayır. Hər şeydən əvvəl insan özünü, sonra başqalarını düşünməlidir. Hətta övladdan belə qabaq özünü düşünməlidir. Əgər sən xəstəsənsə, heç kimə lazım deyilsən”.///axsham.az