Ağdamda qoyun otaran şəxs minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.  

A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır. 
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər:
"Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".

Tarix
18 Aprel 2021 [10:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-18 10:16:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin