Bələdiyyə sədri 3 min manat cərimələndi

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə ətraf mühitin mühafizəsinə nəzarət artırılıb. Belə ki, aprelin 16-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tulantıların qalaqlanması aşkar edilib. Keçirilən müvafiq tədbirlərlə ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri H.Hüseynov barəsində 3 000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. "Qeyd olunan hallarla bağlı diqqətə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları hansısa vətəndaşın məsuliyyətə cəlb edilməsində maraqlı deyil. Əsas məqsəd ondan ibarətdir ki, hər bir şəxs üzərinə düşən vəzifədən irəli gələrək hüquq qaydasına əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalı, ictimai qaydanın qorumasına öz töhfəsini verməlidir", - Nazirlikdən bildirilib.
Tarix
17 Aprel 2021 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-17 16:25:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin