Göygöldə 56 yaşlı qadın özünü qoz ağacından asıb

18:51 - 16 Aprel 2021 - HADİSƏ

 Göygöl rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti