Merkelə "AstraZeneca" peyvəndi vurulub

Almaniya kansleri Angela Merkel yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

Bu barədə Almaniya kanslerinin mətbuat katibi Steffen Seibert məlumat verib. O bildirib ki, Almaniya kanslerinə "AstraZeneca" peyvəndi vurulub.

“Şadam ki, bu gün "AstraZeneca"nın ilk dozasını vurdurdum. Mən vaksinasiya kampaniyasına qoşulan və vaksin vurduran hər kəsə təşəkkür edirəm. Vaksinasiya pandemiyanın öhdəsindən gəlmək üçün çox vacibdir”, - deyə A. Merkel qeyd edib.

66 yaşlı kansler peyvəndi Berlinin keçmiş Tempelhof hava limanında xüsusi quraşdırılmış “AstraZeneca”nın mərkəzində vurdurub.

Qeyd edək ki, aprelin əvvəllərində Almaniya Prezidenti də “AstraZeneca” ilə peyvənd olunub. Almaniyada bu peyvəndin 60 yaşdan aşağı şəxslərə vurulması qadağan olunub.///Apa

Tarix
16 Aprel 2021 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 17:45:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin