Tanınmış jurnalistə Medianın İnkişafı Agentliyində vəzifə verildi

15:05 - 16 Aprel 2021 - MEDİA

Tanınmış jurnalist Natiq Məmmədli Medianın İnkişafı Agentliyində (MEDİA) vəzifəyə təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Natiq Məmmədli feysbuk səhifəsində yazıb: “25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam”.

Xəbər xətti