Lənkəranda avtomobil qaçıranlar saxlanılıb - Foto

Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Lənkəran rayonunun Girdəni kənd sakini olan şəxsə məxsus “Vaz 2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.

Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Oğurlanmış avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
16 Aprel 2021 [11:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 11:09:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin