Bakıda özünü dənizə atan şəxs xilas edilib

23:45 - 15 Aprel 2021 - HADİSƏ

Bakının Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihar etməyə cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.

 

Xəbər xətti