Yaralanan erməni FHN dəstə komandirinə Azərbaycan hərbçiləri yardım edib - FOTO

21:36 - 15 Aprel 2021 - HADİSƏ

Bu gün işğaldan azad olunmuş ərazilərdə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı erməni FHN dəstə komandiri yaralanıb.

Erməni KİV-in yaydığı məmlumata görə, hadisə Cəbrayıl rayonunun Kənd Horadiz ərazisində baş verib. Erməni komandir sağ ayaq pəncəsindən yaralanıb və ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Daha sonra yaralı Xankəndi hospitalına çatdırılıb və əməliyyat olunub. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, bu, axtarış işləri zamanı baş vermiş sayca üçüncü analoji hadisədir.///oxu.az


Xəbər xətti