Bacı və qardaşın Kürdə boğulması ilə əlaqədar cinayət işi başlanıb

10:36 - 15 Aprel 2021 - HADİSƏ

Sabirabadda bacı və qardaşın Kür çayında boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Aprelin 9-da rayon sakinləri - 2000-ci il təvəllüdlü Məryəm Hüseynli və qardaşı, 2016-cı il təvəllüdlü Hüseyn Hüseynlinin Kür çayında boğulub.

Aprelin 10-da M. Hüseynlinin, aprelin 14-də H. Hüseynlinin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Kürdə aşkar edilərək çıxarılıb.

İlkin araşdırmalarla bacı və qardaşın ehtiyatsızlıqdan Kürə düşərək boğulması müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.///Apa

 

Xəbər xətti