Masazırda piyadanı vuraraq qaçan qadın sürücü saxlanıldı - FOTO

Xanım sürücü Masazır qəsəbəsində piyadanı vuraraq ərazidən uzaqlaşıb.

Ucnoqta.az xəbər verir ki, Abşeron Rayon Dövlət Yol Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Həsənov Yadigar Sədi oğlunu avtomobil vurub. Qəzanı törədən sürücü hadisə yerindən yayınıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Dövlət Yol Polis Şöbəsnin baş inspektoru Əli Cavadov şübhəli avtomobilin izinə düşüb. Belə ki, hadisəni törədən 2000-ci il təvəllüdlü Musayeva Rəna Paşa qızı idarə etdiyi 90-US-317 dövlət nişanlı “Saipa” markalı nəqliyyat vasitəsi ilə saxlanılıb.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən R.Musayevanı Abşeron Rayon Polis İdarəsinə təhvil veriblər.

Tarix
15 Aprel 2021 [00:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-15 00:00:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin