Hacıqabulda yas mərasimində iştirak edən şəxslər cərimələndi

11:51 - 14 Aprel 2021 - HADİSƏ

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 3 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Xəbər xətti