Ağciyərləri və tənəffüsü necə gücləndirək? – Koronavirus xəstələri üçün

Tənəffüsü ideallaşdırmaq, xəstəlikdən sonra ağciyərləri təmizləmək, bərpa etmək, oksigenlə təmin etmək üçün bir neçə tibbi metod vardır. Bu metodlar istənilən virus, koronavirus və infeksiya keçirdikdən sonra xəstələrə kömək edə bilər.

Ucnoqta.az Medicina.az-a istinadən xəbər verir ki, yoqa və tənəffüs üzrə məşqçi Dmitriy Sandul bu metodları açıqlayıb.

“Adətən insan nəfəs alanda bu qısa olur, nəfəs vermə isə uzundur. Əgər biz məşq etsək, məqsədli şəkildə nəfəsalmanı daha uzun etsək, ağciyərlərin tutumu artır, daha çox oksigen daxil olacaq. Ən sadə metod tənəffüsü qısa müddətə saxlamaqla nəfəs almağı öyrənməkdir.

Bu tipdə nəfəsalma oksigenin axınını uzadır, bu zaman ağciyər və bronxların təmizlənməsi gedir, ağciyərlərdə oksigen resursu artır, keyfiyyəti yüksəlir.

Koronavirus xəstələri yoqada məşhur texnikanı sınaya bilər: Burundan nəfəsi maksimum uzun müddətə alıb, sakitcə ağızdan uzun müddət bir nəfəs veririk.
Kvadrat tənəffüs texnikasını də edə bilərsiz:

Nəfəs alıb 4-ə qədər sayırsız, nəfəsi verib 4-ə qədər sayırsız.

Bu texnikanı gün ərzində 10-15 dəfə etmək lazımdır. Nəticədə ağciyərlər açılır, tənəffüs sistemi inkişaf edir.
Ağciyərlərin möhkəm, təmiz olması gələcək digər infeksiyalara qarşı da onları dözümlü edir.

Tarix
13 Aprel 2021 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 22:00:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin