Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
İngiltərənin "Çelsi" klubu koronavirus pandemiyası səbəbindən Portuqaliya "Portu"sunu İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib.

Günün maraqla gözlənən matçı Fransada gerçəkləşəcək. Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə üstələmiş PSJ-ni yarımfinala vəsiqə üçün heç-heçə, hətta 1:2-dək minimal fərqli məğlubiyyətlər də qane edir.

Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu aprelin 14-də olacaq.

Çempionlar Liqası

1/4 final
Cavab oyunları

13 aprel
23.00 Çelsi (İngiltərə) - Portu (Portuqaliya)
İlk oyun - 2:0.
23.00 PSJ (Fransa) - Bavariya (Almaniya)
İlk oyun - 3:2.
///fanat.az

Tarix
13 Aprel 2021 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 18:31:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin