213 kq heroin müsadirə edildi - Gömrükçülərdən UĞURLU ƏMƏLİYYAT - Video

Azərbaycan gömrükçüləri daha bir uğurlu əməliyyat nəticəsində 213 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Ucnoqta.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına kartof yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı “07BJ293/07ZA294” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 577 ədəd kisədə olan “təzə kartof” yükünə yenidən reaksiya verdiyindən əsaslı yoxlama aparılıb.

Nəticədə 119 ədəd kisədə "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılan kartofların arasından, ümumilikdə 962 ədəd kartof formasına salınmış oval formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 213 kq 241 qram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
13 Aprel 2021 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 16:35:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin