Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq

10:30 - 13 Aprel 2021 - ÖLKƏ İÇİ

Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib:
"Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var. Yaxın 4-5 il ərzində Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyanın tətbiqi planlaşdırılır.

Stansiyalar Tərtərçay, Xaçinçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Araz çayında quraşdırılacaq".

Xəbər xətti