Azərbaycanlı avtoriteti öldürənin kimliyi bəlli oldu - Video

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub.

Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, həmin şəxs Taleh Orucov adlı şəxsdir.
Əli Heydərovun öldürülməsi ilə bağlı ortaya atılan iddialardan biri də ötən il öldürülüən azərbaycanlı qanuni oğru Lotu Quli ilə bağlıdır. İddialara görə, Albert Rıjiy Lotu Qulinin qətlinin sifarişçisi olub və intiqam məqsədilə öldürülüb.

Digər versiyaya görə, Heydərov yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi üçün cəzalandırılıb. Əlavə edək ki, Əli Heydərov Rusiyanın Sankt-Peterburq şəhərində böyük nüfuza sahib olub.

Qeyd edək ki, bu gün gecə azərbaycanlı qanuni oğru Əli Heydərovu Moskvada yaşadığı binanın idman zalında güllələnərək öldürülüb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından açaraq hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.

Tarix
12 Aprel 2021 [23:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-12 23:59:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin