Kürdəmirdə karantin qaydalarını pozan kafe sahibi cərimələndi

21:43 - 12 Aprel 2021 - HADİSƏ

Kürdəmirdə gecə saatlarında karantin rejimini pozaraq kafe işlədən rayon sakini və müştərilər barəsində müvafiq tədbirlər görülüb.

“Report” xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mollakənd kəndində sakin Babayev Əlibaba Mətləb oğlunun gecə saat 02:00 radələrində kafe işlətməsi məlum olub.

RPŞ əməkdaşları Əlibaba Babayevi və kafedə olan 4 nəfər müştərini polis şöbəsinə gətiriblər. Onların əməlinə hüquqi qiymət verilməsi üçün iş Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən onların hər biri barəsində 200 AZN cərimə tətbiq olunub.

Xəbər xətti