Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvanın Ankara və digər paytaxtları Kiyevi hərbi addımlar atmağa sövq etməklə bağlı xəbərdar edib.
Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov misirli həmkarı Samex Şükri ilə danışıqlardan sonra belə bir açıqlama verib.
"Bizimlə ünsiyyət qurduğumuz bütün məsul ölkələrə, Türkiyə bunlardan biridir, vəziyyəti, Kiyevin hərbi qarşıdurma ilə bağlı açıqlamalarını təhlil etməyi və onları militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”, - deyib.