Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib

Cəlilabadda toy mərasimi keçirənlər cərimələndi.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad rayonunun Qarağac kənd sakini C.Həsənovun karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına və iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub. 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib

 

Tarix
12 Aprel 2021 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-12 14:51:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin