Türkiyədə ağır qəza: turistləri daşıyan avtobus aşıb, 34 nəfər yaralanıb

Türkiyənin Konya vilayətində turistləri daşıyan avtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çarpılıb. “Report” “Milliyet”ə istinadən xəbər verir ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və polis gəlib. Yaralılar Konyadakı xəstəxanalara aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. İlkin məlumata görə, qəzaya səbəb yolun buz bağlaması olub. Qeyd edək ki, avtobus sərnişinləri tarixi və turistik məkanları görmələri üçün İzmirdən Orta Anadoluya aparırmış.
Tarix
10 Aprel 2021 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-10 12:02:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin