Zaqatalada koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Göyəm kənd sakini Mömin Abducəlilov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılan həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

M.Abducəlilov barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

Tarix
9 Aprel 2021 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-09 15:51:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin