Sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxs saxlanıldı - Foto

Lənkəranda yaşayan S.Ə adlı bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-averilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib. Həmin şəxs özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.

Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi müəyyən edilib.

E.Eyvazovun analoji əməllərindən zərərçəkən şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.

Tarix
9 Aprel 2021 [13:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-09 13:42:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin