Oğuzda reyd keçirildi, qaydaları pozanlar cərimələndi - Foto

13:15 - 9 Aprel 2021 - ÖLKƏ İÇİ

Oğuzda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində, açıq ictimai məkanlarda keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, tibbi maskalardan istifadənin zəruriliyi izah olunub.

Karantin rejimi qaydalarına riayət etməklə fəaliyyət göstərməyin vacibliyi obyekt sahiblərinin və icarədarların diqqətinə çatdırılıb.

Reyd ictimai nəqliyyatda da davam etdirilib, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərarlar bir daha sürücü və sərnişinlərin diqqətinə çatdırılıb.

Həmçinin, bəzi marşrut avtobuslarında şəffaf arakəsmələr quraşdırmayan sürücülərə xəbərdarlıq olunub.

Ümumilikdə qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.


Xəbər xətti