Polis Bakıda əməliyyat keçirib: Saxlanılanlar var

11:45 - 9 Aprel 2021 - HADİSƏ

Bakıda evlərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 35-ci və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki bir evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.

Xəbər xətti