"Ermənistanın da, onun havadarlarının da diplomatik cəbhədə də fiaskosu qaçılmazdır" - Deputat

"Müharibə başa çatdıqdan və kapitulyasiya aktından sonra, bölgədə davamlı sülh və kommunikasiya xətlərinin açılması istiqamətində Azərbaycan və Ermənistan arasında siyasi təmasların aktivləşdiyi bir dövrdə, terror fəaliyyəti üçün qanunsuz olaraq Azərbaycan ərazilərinə keçən və yaxalanan cinayətkar qrupla bağlı bəzi dövlətlərin, habelə, insan hüquq "müdafiə" təşkilatları və siyasi təsisatların göstərdiyi çürük canfəşanlıq təəccüb doğurur".

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Bəhruz Məhərrəmovun sözlərinə görə, təhlükəsizlik və terrorla mübarizənin qlobal prioritetə çevrildiyi bir zamanda cinayətkar dəstələrin yaxalanması və yeni ictimai təhlükəli əməllər törətməsinin qarşısının alınması hər şeydən öncə bəşəri dəyərlərə xidmət sayılmalıdır və yeni dünya düzəninin tələbi də budur: 
"Bu mənada, müharibənin olmadığı bir dövrdə, cinayətkarı qəsdən hərbi əsir kimi təqim etmək kimi ucuz cəhdlər, əslində dünyanın sülh və insanlıq əleyhinə cinayətlərdən sığortalanması prosesi üçün ciddi əngələ çevrilməkdədir.

Lakin, terrorçuları "hərbi əsir" kimi təqdim edərək Azərbaycana qarşı siyasi təzyiq mühiti formalaşdırmaq cəhdləri və bu istiqamətdə "vasitəçilik" missionerliyinin uğursuzluğu onu göstərir ki, artıq qalib Azərbaycanla təzyiq dilində danışmaq alınmır. Prezident İlham Əliyev necə ki, 44 günlük müharibədə beynəlxlalq hüququn aliliyini və bəşəri ədaləti bərpa etdi, eləcə də bu ucuz şounun da qarşısını qətiyyətlə almaqdadır".

Deputat qeyd edir ki, proses ətrafında son müzakirələr və elə erməni mediasının özündə yayılan məlumatlar bir daha göstərir ki, Azərbaycanın Cənubi Qafqazda müstəqil siyasət yürüdən, qonşuları ilə bərabərhüquqlu siyasi platforma qurmağı bacarmış, öz maraqlarına münasibətdə diqtə edən regional güc sahibidir: 
"Bu mənada öz sərhədlərini belə özü qorumayan bir "dövlət" olaraq Ermənistanın da, onun havadarlarının da müharibədə olduğu kimi diplomatik cəbhədə də fiaskosu qaçılmazdır".

Tarix
9 Aprel 2021 [00:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-09 00:17:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin