Suqovuşanda polis əməkdaşı qəzaya düşüb

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Tarix
8 Aprel 2021 [19:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-08 19:36:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin