Rusiyada bir gündə koronavirusdan 365 nəfər ölüb

13:39 - 8 Aprel 2021 - DÜNYA

Rusiyada koronavirusa yoluxanların sayı 4,6 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 672 nəfər virusa yoluxub, 365 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 4 614 834 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 101 845 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 239 038 şəxs virusdan sağalıb, 273 951 nəfərin müalicəsi isə davam edir.

Xəbər xətti