Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb - Pilot həlak olub

16:42 - 7 Aprel 2021 - DÜNYA

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir.

Qəza təlim zamanı baş verib. Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir.

Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.///trend

Xəbər xətti