Bakıda qadına qarşı 7 min manatlıq soyğunçuluq edən şəxs tutulub

Bakıda soyğunçuluq edən İmişli rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün Bakı şəhər sakini A.Güvəndikova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə  ərizə ilə müraciət edib cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7000 manat dəyərində qızıl əşyalarının F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.

Binəqədi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.

Tarix
3 Aprel 2021 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-03 14:01:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin