Kürdəmir sakinindən külli miqdarda narkotik götürüldü - Foto

Kürdəmir rayon sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxımlı kənd sakini, 56 yaşlı Seyidov Mübariz Seyid oğlunun narkotik vasitəni əldə etməsi, satması, daşıması və saxlaması ilə məşğul olduğu məlum olub.

Daha sonra polis əməkdaşları M.Seyidovun yaşadığı evə baxış keçrilib və mənzilin zirzəmisindən ümumi çəkisi 1 kq 127 qram narkotik vasitə aşkar edilərək götürülüb. M.Seyidov şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilib.
İlkin dindirilmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb və istintaq davam etdirlir.///report

Tarix
1 Aprel 2021 [17:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-01 17:58:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin