Polis Yevlaxda əməliyyat keçirib - saxlanılanlar var

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb.

H. Mustafayevin ətrafında davam etdirilən tədbirlərlə narkotiki əldə etdiyi şəxs də müyyən edilib. Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən digər rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.

Aparılan genişmiqyaslı tədbirlər nəticəsində A.Qocayevin narkotik maddələri Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri ilə X.Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, oradan 1 ədəd naqan tipli revolver və 1 ədəd ona məxsus patron, 1 ədəd qaz tapançası, ona məxsus 2 ədəd qaz balonu və 30 ədəd patron, 1 ədəd xəncər və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan hər 3 şəxs barəsində Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Tarix
27 Mart 2021 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-27 12:00:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin