Amerikalı pop ulduz Britni Spirs atasını məhkəməyə verib.
“Rappler” resursunun məlumatına görə, müğənni aprelin 27-də məhkəməyə ifadə verəcək. O, atasının öz üzərindəki himayəçi statusunu ləğv etmək niyyətindədir.
Məlumata görə, 2008-ci ildə Britni həyat yoldaşı Kevin Federlinlə ayrıldıqdan sonra ciddi sarsıntı keçirib və psixiatrik xəstəxanada müəlicə alıb. Məhz həmin dövrdə müğənninin atası Ceyms Spirs onun üzərində himayə hüququ alıb.
2019-cu ildə ifaçının meneceri Codi Montqomeri də onun üzərində müvəqqəti himayə hüququ əldə edib. İndi xanım Spirs sonuncuya həmişəlik himayəçi statusu verilməsini, atasının isə bu hüquqdan məhrum olunmasını istəyir.///oxu.az